APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirlib ki, Ankarada Türkiyə PA-da keçirilən görüş yarım saat çəkib.
Türkiyənin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı sentyabrın 7-dən Türkiyədədir və F.Qrandi beynəlxalq aləmin əsas gündəmi olan miqrantlar məsələsilə bağlı Hatay və Qaziantep vilayətlərinə də səfər edərək bu mövzuda araşdırmalar aparacaq.