“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanır.
APA-nın məlumatına görə, bu barədə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bu gün “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda keçirilən görüşdə məıumat verib.
Şöbə müdiri qeyd edib ki, “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsinə dair siyasi partiyalar tərəfindən təqdim olunmuş təkliflər müzakirə edilir.