Türkiyə İranla bir neçə sərhəd-keçid məntəqəsini niyə bağladı? – İZAH 

Türkiyə dörd sərhəd-keçid məntəqəsini İrandan gələn yük maşınlarının üzünə bağlayıb. Sərhəd-keçid məntəqələrindəki son vəziyyəti əks etdirən video sosial şəbəkələrdə yayılıb.
Görüntülərin Kapıköy sərhəd-keçid məntəqəsində lentə alındığı bildirilir.
İranın son dönəmlərdəki siyasətini nəzərə alsaq, qardaş ölkənin bu cür addım atması gözlənilən idi.

Baş verənləri “Sherg.az”a şərh edən Marmara Universitetinin doktoru Sərdar Oğuzxan Çaycıoğlu vurğulayıb ki, ABŞ Əfqanıstanı bir neçə aylıq Taliban hərəkatına buraxdıqdan sonra bir çox əfqan mühacir İran üzərindən Türkiyəyə qanunsuz olaraq daxil olmağa başladı:

“Bu səbəbdən yüz minlərlə insan köçəri həyata məhkum olub. Türkiyə İran sərhədində 3-4 metr hündürlüyündə beton bloklu bənd çəkmək məcburiyyətində qaldı. Hazırda xüsusi təyinatlı polislər kamera sistemləri və zirehli maşınlarla sərhədimizi nəzarətdə saxlayır. Düşünürəm ki, İrandan gələn yük maşınlarının keçməsinə icazə verilməməsi məhz bu məsələ ilə bağlıdır”.