Azərbaycan XİN Gürcüstana başsağlığı verib - FOTO


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Gürcüstana başsağlığı verib.

Bu barədə XİN-in “Twitter” hesabında bildirilib.

“Gürcüstanın Batumi şəhərində yeddimərtəbəli yaşayış binasının çökməsi xəbəri bizi çox kədərləndirdi. Hadisə nəticəsində həlak olanların ailələrinə başsağlığı verir, yaralıların tezliklə şəfa tapmasını diləyirik. Azərbaycan dost Gürcüstanla həmrəyliyini ifadə edir”, - deyə qeyd olunub.

Xatırladaq ki, Batumidə binanın çökməsi nəticəsində altı nəfər ölüb. Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri hadisə ilə əlaqədar üç nəfərin saxlanıldığını, daha üç nəfərin isə axtarışlarının davam etdirildiyini açıqlayıb.