Tokayev TƏSDİQLƏDİ: "KTMT qoşunları iki gün ərzində ölkədən çıxacaq"

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yanvarın 11-i Rusiyanın rəhbərlik etdiyi təhlükəsizlik alyansının missiyasını başa vurduqdan sonra iki gün ərzində qoşunları ölkədən çıxarmağa başlayacağını bildirib.
Bu barədə "Sherg.az" "APnews"a istinadən xəbər verir.
Qeyd edək ki, ötən həftə Qazaxıstan prezidentinin xahişi ilə 6 keçmiş Sovet dövlətinin hərbi ittifaqı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı tərəfindən Qazaxıstana Rusiya qoşunları yerləşdirilib.

Xanlar ƏLİBƏY