Gürcüstanın dövlət sərhədini qanunsuz keçməkdə təqsirləndirilən üçüncü prezident Mixeil Saakaşvilinin məhkəmə prosesi keçirilir.
Sherg.az 24News.ge-ə istinadən xəbər verir ki, məhkəmə iclasında Mixeil Saakaşvili şəxsən iştirak edir.
Bugünki prosesdə eyni iş üzrə təqsirləndirilən şəxslər - Elquca Çomaia, Şalva Cocoria, Zurab Cocoria və Giorgi Narimanidzenin də dinlənilməsi nəzərdə tutulub.
Məhkəmə iclasında Mixeil Saakaşvilinin ailə üzvləri, qardaşı Giorgi Saakaşvili və anası Giuli Alasaniya, həmçinin, bəzi ictimai-siyasi şəxslər iştirak edirlər.
Xatırladaq ki, Mixeil Saakaşvilinin ölkə sərhədini qanunsuz keçməsi faktı ilə bağlı istintaq oktyabrın 1-dən başlayıb.