İlham Əliyev Volodimir Zelenskini Azərbaycana səfərə dəvət edib

Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskini Azərbaycana səfərə dəvət edib.
“Report”un xəbərinə görə, dövlət başçısı dəvətini yanvarın 14-də Kiyevdə V.Zelenski ilə mətbuata birgə bəyanatlarla çıxış edərkən çatdırıb.
“Fürsətdən istifadə edərək sizi Bakıya səfərə dəvət edirəm”, - deyə Azərbaycan lideri bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri çərçivəsində bu gün ikitərəfli 6 sənəd imzalanıb.