“Boş qalan 6 deputat yeri üçün seçkilərin keçirilməsi daha real görünür” – YAP-çı deputat

“Hazırda növbədənkənar parlament seçkilərinin keçirilməsi gündəmdə deyil”.
Bu barədə “Sherg.az”a millət vəkili Cavid Osmanov bildirib. O qeyd edib ki, 
Azərbaycan Milli Məclisi 6-cı çağırışı növbədənkənar seçkilər nəticəsində formalaşdı:

“Azərbaycan parlamenti  istər beynəlxaq münasibətlərdə, istər  yeni  qanunvericiliklərin həyata keçirilməsində çox uğurlu bir yol seçdi.  Həmçinin  İkinci Qarabağ müharibəsi dövründə Azərbyacanın haqq səsinin dünyaya çatdırılmasında çox böyük işlər gördü. O cümlədən ondan sonrakı mərhələdə də ölkə üçün faydası olan bir sıra addımlar atdı. Düşünürəm ki, inidiki vəziyyətdə növbədənkənar seçkilərin keçirilməsi aktual deyil. Bu ayrı-ayrı adamlar tərəfindən sadəcə ortaya atılmış bir məsələdir. Çünki  növbədənkənar seçki 2020-ci ilin fevral  ayının 9-da keçirilib və həmin tərkib 2 ilə yaxındır, fəaliyyət göstərir. Bu neçə il müddətində də çox yaxşı  fəaliyyət göstərdilər”.

Deputat,  həmçinin Milli Məclisdə boş qalan 6 deputat yeri haqqında da öz fikirlərini bölüşüb:

“Bu gün 125 millət vəkilindən 119-u fəaliyyət göstərir və 6 yer boşdur. Bununla bağlı Mərkəzi  Seçki Komissiaysının sədri Məzahir Pənahov açıqlama vermişdi ki, növbədənkənar parlament seçkisi keçirilə bilər. İstənilən halda, hər iki məsələ birbaşa Cənab Prezidentin  səlahiyyətində asılı olan bir məsələdir. Düşünürəm ki, 6 boş yer üçün seçkilərin keçirilməsi daha real görünür”.

 Çimnaz Şahlar