Ceyhun Bayramov Ermənistan nümayəndəsinin əsassız iddialarını rədd edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda (TƏF) Ermənistan nümayəndəsinin əsassız iddialarına cavab verib.

Bu barədə "Report" Xarici İşlər Nazirliyindən məlumat verilib.

İclasda C.Bayramov Azərbaycanın TƏF sədrliyini təbrik edən, Azərbaycanın prioritetlərini dəstəkləyən və bu istiqamətdə rəsmi Bakı ilə birgə işləməyə hazır olduğunu ifadə edən bütün iştirakçılara minnətdarlığını ifadə edib, səsləndirilən bir sıra rəy və təkliflərə münasibət bildirib.

Eyni zamanda, nazir müzakirələr zamanı Ermənistan nümayəndəsi tərəfindən səsləndirilən əsassız iddiaları rədd edib və Azərbaycanın regional təhlükəsizliklə bağlı beynəlxalq hüquqa əsaslanan mövqeyi iştirakçıların diqqətinə çatdırıb. .