Stoltenberq Ukrayna ilə bağlı səylərinə görə Ərdoğana təşəkkür edib - FOTO


NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib.

Bu barədə Baş katib özünün “Twitter” hesabında məlumat verib.

O, həmçinin Türkiyənin dövlət başçısına Ukrayna ilə bağlı məsələlərdə siyasi həll yolunun axtarışında fəal dəstəyə və şəxsi iştirakına görə təşəkkürünü bildirib.

Stoltenberq həmçinin vurğulayıb ki, NATO Rusiya ilə dialoqa hazırdır.

">