Roma Papası uşaq vaxtı qəssab olmaq arzusunda olduğunu açıqlayıb

Roma Papası Fransisk uşaqlıqda qəssab olmaq arzusunda olduğunu açıqlayıb.
O, bu barədə İtaliyanın “RAI” dövlət televiziyasındakı tok-şouda bildirib.
Papa Fransisk həmçinin sevimli yazıçısının Fyodor Dostoyevski olduğunu deyib.
Papa klassik musiqi və tanqonu da sevdiyini bildirib.
Mənbə: RAI