Makron: “Rusiya ilə dialoq Avropada təhlükəsizliyi təmin edəcək”

“Rusiya ilə dialoq Avropada sabitliyə və təhlükəsizliyə nail olmaq üçün əsas vasitədir”.

“Report” xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Moskvada Rusiya lideri Vladimir Putinlə görüşü zamanı deyib.

“Düşünürəm ki, dialoq indi həmişəkindən daha aktualdır. Bu dialoq lazımdır: yalnız o, Avropa qitəsində təhlükəsizliyi və sabitliyi təmin edəcək”, - Makron bildirib.

Fransa lideri bildirib ki, hazırda Avropada vəziyyət kritikdir və bütün tərəflər məsuliyyətli davranmalıdır.