Zelenski Almaniyanın xarici işlər naziri ilə görüşdən imtina edib


Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə planlaşdırılan görüşdən imtina edib.

Buna səbəb Almaniyanın “Şimal axını - 2” qaz kəmərinə qarşı sanksiyalara qoşulmaması və Kiyevə hərbi yardımla bağlı mövqeyidir.

Bu barədə CNN telekanalının aparıcısı Ceyk Tapper Ukrayna hökumətindəki mənbəyə istinadən məlumat verib.

C.Tapper deyib ki, rəsmi olaraq görüşün ləğvi cədvəldəki dəyişikliklərlə izah edilib, lakin əsas səbəb məhz Almaniya hökumətinin Rusiyaya qarşı koalisiyada yer almaq istəməməsidir.

Mənbə: İnterfax