Mirzoyan: “İrəvan Türkiyə ilə diplomatik münasibətlərin qurulmasının müzakirə ediləcəyini gözləyir”

Ermənistan İrəvan və Ankaranın xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıçın fevralın 24-də Vyanada aparacaqları danışıqlarda diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması məsələsini müzakirə edəcəklərini gözləyir.
Bunu çərşənbə günü parlamentdəki hökumət saatında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
O, vurğulayıb ki, özünün Antalyadakı diplomatik forumda iştirakı məsələsi daha çox Vyanada keçiriləcək danışıqların nəticəsindən asılıdır.
Qeyd edək ki, tərəflərin ilk görüşü yanvarın 14-də Moskvada baş tutub.
Mənbə: TASS