Ermənistan sülhün şərtlərini qəbul etməlidir

Əks təqdirdə Ankara da müzakirələri dayandıracaq


“Ermənistanın sərhədlərin delimitasiya və demarkasiyası prosesində Azərbaycana şərt irəli sürməsi göstərir ki, bu ölkə ilə normallaşma prosesi uzun çəkəcək”. Bunu “Şərq”ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib. Siyasi şərhçi vurğulayıb ki, məğlub və Azərbaycanın ərazi bütövlüyünü tanımayan Ermənistana qarşı təzyiqlər mütləqdir: “Ermənistanın şərt irəli sürməsi əldə olunan razılaşmalara ziddir. 

Nikol Paşinyan indiki şərtlər daxilində sərhəd məsələlərində danışıqlarda maraqlı deyil. Daxildə ona qarşı narazılığın baş qaldırmasından çəkinir. Ümumiyyətlə, Ermənistanla sülh uzun prosesdir. Baxmayaraq ki, Türkiyə Ermənistanla danışıqlar gedir. Azərbaycanda iki ölkə arasında münasibətlərin normallaşmasına Azərbaycanla mümkün sülh müqaviləsinin bağlanması imkanları kimi baxır. Əgər Ermənistan bundan yayınarsa, sülhün şərtlərini qəbul etməzsə, Ankara müzakirələri dayandıracaq”.