ABŞ və Fransa prezidentləri arasında telefon danışığı olub

ABŞ və Fransa prezidentləri Cozef Baydenlə Emmanuel Makron arasında telefon danışığı olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

Telefon danışığı Fransa liderinin bu həftə Rusiya və Ukraynaya səfərindən sonra baş tutub.

Psaki qeyd edib ki, ABŞ Prezidenti bu həftə digər avropalı həmkarları ilə də əlaqə yaradacaq.