TURKPA-nın islam maliyyəsi üzrə təcrübəsinin Azərbaycanda tətbiqi təklif olunub

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TURKPA) islam maliyyəsi üzrə təcrübəsi həm Azərbaycanda, həm də üzv olan ölkələrdə sürətləndirilsə, yaxud da modern qanunvericilik yaradılsa Azərbaycanda da tətbiq edilə bilər.

"Report" xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov Bakıda Milli Məclisin və TÜRKPA-nın birgə təşkilatçılığı ilə “Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti” mövzusunda konfransda deyib.

V. Zeynalov bildirib ki, TURKPA-nın rolunu islam maliyyəsinin inkişafında görürəm:

"Bu gün ən vacib məsələ sahibkarlığın maliyyə vasitələrinə əlçatanlığıdır. Bunun üçün də maliyyə alətlərinin çeşidliliyini artırmaq lazımdır. Azərbaycanda maliyyə alətləri üzrə çeşid hələ də azdır. Faktorinq xidməti fəaliyyət göstərir, lakin bu, elədə inkişaf etməyib. Yəni, maliyyə alətlərinin inkişaf etdirilməsində islam maliyəsi çox vacib alətdir. Bir çox inanclı insanlarımız iqtisadiyyatdan kənarda qalır. İnanclı insanlın əksəriyyəti banka getmirlər. Onların maliyyəsini iqtisadiyyatda istifadə edə bilmirik".