Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzərdə təlim keçirəcək

Azərbaycan Hərbi Dəniz Qüvvələri bu ilin yay aylarında Xəzər dənizində hərbi təlimlər keçiriəcək.

Bu barədə "Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev HDQ-də keçirdiyi müşavirə zamanı təlimlərə hazırlıq məsələləri müzakirə olunub.

Baş Qərargah rəisi cari ilin yay aylarında Xəzər dənizinin Azərbaycana məxsus sektorunda keçiriləcək təlimlərə hazırlıq, o cümlədən dəniz piyadalarının seçilməsinə, onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilməsi və digər məsələlərlə bağlı müvafiq göstərişlər verib.