Almaniya və Avstriya XİN-ləri vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb

Almaniya və Avstriya xarici işlər nazirlikləri vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə edib.

"Report" bu barədə TASS-a istinadən xəbər verir.

Almaniya Xarici İşlər Nazirliyi hərbi toqquşmaların hər an baş verəcəyini nəzərə alaraq bu qərara gəlib.

Avstriyanın Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Lvov, Zakarpatya, İvano-Frankivsk və Çernovtsi istisna olmaqla, Ukraynaya səyahət xəbərdarlığı edib.