İsveç ATƏT-in Ukraynadakı müşahidəçilərinin sayını artıra bilər


İsveç ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasında (SMM) müşahidəçilərinin sayını artırmaq imkanını nəzərdən keçirir.

“Report” xəbər verir ki, bu barədə krallığın xarici işlər naziri Enn Linde tvitterdə yazıb.

Onun sözlərinə görə, ölkəsi Ukraynanı dəstəkləyir: “Yerdə faktların araşdırılması həmişəkindən daha vacibdir. Mən ATƏT üçlüyünün bir hissəsi kimi ATƏT-in fəaliyyətdə olan sədrinin Zbiqnev Raunun faktların araşdırılmasında şiddətlə dəstəkləyirəm.

İsveç də ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasında müşahidəçilərin sayını artırmağı düşünür”.