Türkiyə və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub

Türkiyə və İsrail xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Yair Lapid arasında telefon danışığı baş tutub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı tərəflər İsrail Prezidenti İshaq Hersoqun Türkiyəyə planlaşdırılan səfərini müzakirə ediblər.

Digər təfərrüatlar barədə məlumat verilmir.