Avropa İttifaqı Sergey Şoyquya sanksiyalar tətbiq etməyi planlaşdırır


Avropa İttifaqı Ukrayna ətrafında yaranmış vəziyyətə görə Rusiyanın müdafiə naziri Sergey Şoyquya və “İnternet Araşdırmaları Agentliyi”nə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.


Bu barədə “The Wall Street Journal ” diplomatlara istinadən məlumat yayıb.

Onların sözlərinə görə, sanksiya siyahısına Rusiya Federasiyası prezident administrasiyasının rəhbəri Anton Vayno və Rusiya Hərbi Donanmasının qərargah rəisləri də əlavə olunacaq.

Mənbə: TASS