Zelenski: "Yaralılarımız var, qan verin"

Ukrayna Prezidenti Volodimir Zelenski  Rusiya prezidenti Vladimir Putini sərt sözlərlə ittiham edib. O qeyd edib: 
"Bilirəm ki, sözlərim sosial mediada bloklanacaq.

 Mən Ukrayna və Rusiya xalqına səslənirəm. Bu şeytan bir xalqı məhv etmək istəyir. Rusiya ağır itkilər verəcək. Ukrayna xalqı öz müstəqilliyini qoruyacaq".

“Sherg.az” xəbər verir ki, V.Zelenski  bu sözləri ictimaiyyətə müraciəti zamanı deyib. V.Zelenski sona qədər mübarizə aparacaqlarını və müstəqilliklərini heç vaxt güzəştə getməyəcəklərini bildirib:

"Silahlı hər kəs orduya gedə bilər. Müharibə veteranlarımızı da orduya çağırdıq. Yaralılarımız var, qan verin".

Çimnaz Şahlar