Putin səs tonunu yüksəltdi:"Rusiyanın cavabı heç vaxt yaşamadığınız nəticələrə gətirib çıxaracaq"

Səhər saatlarında Rusiya dövlət televiziyası  gözlənilmədən  prezident Vladimir Putinin müraciətini yayımlayıb.
"Sherg.az" "CNN"ə istinadənn xəbər verir ki,  Rusiya prezidentinin sözlərinə görə, Ukraynanın  Donbas bölgəsində yerləşən Donetsk və Luqansk kömək üçün Rusiyaya müraciət edib. Bu çağırışa cavab vermək üçün o, xüsusi hərbi əməliyyat başlayıb. Məqsədi Ukraynanı demilitarizasiya və deazifikasiya etməkdir:

"Bizim hərəkətlərimiz təhdidlərə qarşı özünümüdafiədir. Moskvanın Ukraynanı işğal etmək planı yoxdur".

Daha sonra ölkə rəhbəri sərt şəkildə fikirlərini ifadə edib:

 “NATO Ukrayna neonasistlərini dəstəkləyir. Bizim fəaliyyətimiz təhdidlərə qarşı özümüzü müdafiə etməkdir”.
Putin Rusiya hərbçiləri ilə birbaşa danışıb. Onlara "əziz yoldaşlar" deyə müraciət edib. Hərbçilərin Ukraynanı qarət edən anti-xalq xuntasına deyil, Ukrayna xalqına sədaqət andı içdiklərini bildirib.

Ölkə başçısı Rusiyanın özünü müdafiə etməkdən başqa çarəsi olmadığını iddia edib. Səsindəki sərt tonla  ABŞ, Avropa və NATO-nu təhdid edirmiş kimi görünürdü:

“Kim bizə müdaxilə etməyə, hətta daha çox ölkəmizə, xalqımıza təhlükə yaratmağa çalışsa,  Rusiyanın cavabı  tarixdə heç vaxt yaşamadığınız nəticələrə gətirib çıxaracaq. Biz hadisələrin istənilən inkişafına hazırıq. Bununla bağlı bütün lazımi qərarlar qəbul edilib".

Putin qeyd edib ki, İllərdir, NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsi ilə bağlı şikayətlər edib, amma buna məhəl qoyulmayıb:
"Ümid edirəm ki, məni eşitdilər".

Cəmilə ƏZİM