Rusiya səfiri Macarıstan XİN-ə çağırılıb

Macarıstanın xarici işlər naziri Peter Siyarto Rusiyanın ölkəsindəki səfiri Yevgeni Stanislavovu nazirliyə çağırıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Macarıstan hökumətinin sözçüsü Zoltan Kovaç tviter səhifəsində yazıb.
“Xarici işlər naziri Siyarto Rusiyanın Budapeştdəki səfirini nazirliyə çağıraraq Rusiyanın Ukrayna ilə münaqişəsində Macarıstanın mövqeyini açıqlayıb. Bildirib ki, Macarıstan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və Avropa İttifaqı ilə birlikdə addım atacaq”, - sözçü qeyd edib.