Aİ Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edəcək

Avropa İttifaqı 24 saat ərzində Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edəcək.
"Report" "Unian"a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrel Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə söhbətində bildirib.
Kuleba və Borrel Rusiyanın təcavüzünü dayandırmaq üçün Ukrayna və Aİ-nin gələcək addımlarını əlaqələndiriblər.
Ukrayna diplomatiyasının rəhbəri Aİ-ni rus qoşunlarının Ukrayna torpaqlarına müdaxiləsini dayandırmaq üçün dərhal Moskvaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Öz növbəsində ali nümayəndə naziri əmin edib ki, bir gün ərzində Aİ-nin Rusiyaya qarşı sərt sanksiyaları tətbiq olunacaq.