Zelenski siyasi liderlərə: “Biz qətiyyətli addımlar gözləyirik” - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə qarşı beynəlxalq koalisiya yaratdıqlarını bəyan edib.
O, bu barədə “Twitter”səhifəsində yazıb.
“Biz Putin əleyhinə koalisiya yaradırıq. Ursula von der Leyen, Emmanuel Makron, Karl Nehammer, Rəcəb Tayyib Ərdoğanla konkret sanksiyalar və ordumuza konkret yardım haqqında danışdım. Biz qətiyyətli addımlar gözləyirik”, - deyə Zelenski qeyd edib.