Zelenski: “Rusiya qoşunları Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirməyə çalışırlar” - FOTO

Rusiya qüvvələri Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirməyə çalışır.
Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “Twitter” hesabında məlumat verib.
“Müdafiəçilərimiz 1986-cı il faciəsinin bir daha təkrarlanmaması üçün canlarını verirlər. Bu, bütün Avropaya müharibə elanı deməkdir”, - o yazıb.
Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko isə öz “Facebook” səhifəsində rus qoşunlarının Çernobıl AES zonasına Belarus ərazisindən daxil olduğunu bildirib.