XİN rəhbəri: “Xocalı soyqırımı bir çox ölkələrin qərarlarında və qətnamələrində əksini tapıb”

"Xocalı soyqırımı faktı artıq bir çox ölkələrin və beynəlxalq təşkilatların qərarlarında və qətnamələrində əksini tapıb. Dünyanın 17 ölkəsi, ABŞ-ın 23 ştatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar Xocalı soyqırımı ilə bağlı lazımi bəyanatlar qəbul edib".

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımın 30-cu ildönümü ilə bağlı keçirilən konfransda çıxışı zamanı bildirib.

XİN rəhbəri Azərbaycan hökumətinin bununla bağlı istintaq apardığını və bunun, soyqırım aktı olmasının tam sübut olunduğunu deyib.

Onun sözlərinə görə, bu qətliamı törətmiş şəxslər, faciənin günahkarları hələ də cəzalandırılmayıblar.

Xarici işlər naziri bütün dövlətləri və beynəlxalq təşkilatları Xocalı faciəsinə münasibət bildirməyə çağırıb. O, bu faciəyə beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməli olduğunu vurğulayıb.

“Hətta 30 il keçdikdən sonra belə Ermənistan əməkdaşlıq etməyə hazır deyil. İndi Ermənistan tərəfindən əməkdaşlığın şahidi olmuruq”, - C.Bayramov əlavə edin.