Zelenski:“Ölkəmizin müdafiəsində tək qaldıq”



Ukrayna prezidenti Volodimir Zelenski  açıqlamasında ordunun ölkəni qoruya bildiyini deyib. 
“Sherg.az” xəbər verir ki, o, bu barədə “Facebook”da məlumat yayıb.  V. Zelenski Hostomel hava limanını Rusiya qüvvələrindən geri aldıqlarını xatırladıb və son məlumatlara görə,  137 vətəndaşın həyatını itirdiyini qeyd edib.
Hökumət qərargahında qalaraq işlərini davam etdirdiklərini açıqlayan Zelenski,  düşmənin   bir nömrəli hədəfinin özü olduğunu bildirib:
"Aldığımız məlumata görə, düşmən məni bir nömrəli hədəf kimi qoyub.  Ailəm isə iki nömrəli hədəfdir. Onlar dövlət başçısını məhv edərək, Ukraynanı yox etmək istəyirlər”.

Rusiya təxribat bölmələrinin Kiyevdə olduğunu qeyd edən V.Zelenski  əhalini diqqətli olmağa və komendant saatı qaydalarına əməl etməyə səsləyib. V. Zelenski ölkəsinin Rusiyaya qarşı müdafiəsində tək qaldıqlarını söyləyib:
"Rusiya ilə bitərəflik statusu haqqında danışmaqdan qorxmuruq. Bəs, bizim hansı təhlükəsizlik zəmanətimiz olacaq? Ukraynaya təkcə sözdə deyil, müəyyən mənada dəstək verən ölkələrə də minnətdarıq. Ancaq ölkəmizin müdafiəsində tək qaldıq. Kim bizimlə birgə döyüşməyə hazırdır? Heç kimi görmürəm. Ukraynanın NATO-ya daxil olmasına kimsə zəmanət verməyə hazırdırmı? Hamı qorxur.

Onlar Ukraynanın neytral statusundan danışmaq istəyirlər. Bütün tərəfdaşlarıma deyirəm,  indi ölkəmizin taleyi müəyyənləşir. Onlardan soruşuram ki, "bizimləsən?" , buna bizimlədirlər deyə cavab verirlər, amma bizi NATO-ya qəbul etməyə hazır deyillər”.

Avropadakı 27 liderin qorxduğunu vurğulayan Zelenski, "Onların hamısı qorxur, biz də qorxmuruq” deyə əlavə edib.

 Çimnaz