Ölkəsi NATO-nun üzvü olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 25-də NATO və Avropa İttifaqını Ukraynanın Rusiyanın işğalı qarşısında “ qərarlı addım ” atmadıqlarına görə tənqid edib.
“Sherg.az”a “Le Figaro.fr”ə istinadən xəbər verir ki, NATO daha qəti addımlar atmalı idi:
“Avropanın yanaşmasında qətiyyət yoxdur. Onların işi Ukraynaya məsləhət verməkdir”.