Zelenskidən italyan nazirə cavab: Gələn dəfə müharibə proqramını ona uyğun hazırlayacağam - FOTO


İtaliyanın baş naziri Mario Draqi Ukrayna Prezidenti Volodimir Zelenski ilə zəngləşmək barədə qərara baxmayaraq, onunla əlaqə saxlaya bilməməsindən şikayətlənib. Zelenski də İtaliyanın hökumət başçısının dediklərinə istehzalı cavab verib.

“Bu gün saat 10:30-da Çerniqov, Qostomel və Melitopolun girişlərində şiddətli döyüşlər baş verib. İnsanlar həlak olub. Növbəti dəfə (Mario Draqi ilə) müəyyən vaxtda danışa bilmək üçün müharibənin vaxtını dəyişdirməyə çalışacağam. Bu müddətdə isə Ukrayna öz xalqı üçün mübarizəni davam etdirər”, - deyə Zelenski yazıb.
Mənbə: Oxu.az