Ceyhun Bayramov ABŞ rəsmisi ilə Ukraynadakı vəziyyəti müzakirə edib


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Dövlət Departamentinin müşaviri, dövlət katibinin ali siyasət məşvərətçisi Derek Şolle ilə telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Tərəflər Ukraynadakı vəziyyət, habelə Cənubi Qafqaz bölgəsindəki ən son durum ətrafında fikir mübadiləsi aparıblar.

Onlar həmçinin beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə ediblər.