Türkiyənin Azərbaycandakı səfiri Ermənistanın Xocalıda törətdiyi genosiddən danışıb


Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə açıqlama verib.

Oxu.Az xəbər verir ki, səfir jurnalistlərə açıqlamasında Ermənistanın Xocalıda törətdiyi genosiddən danışıb.

O bildirib ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıda vəhşiliyə imza atıblar.

“Bu günə qədər də 4000-ə yaxın Azərbaycan vətəndaşı itkin düşüb”, - deyə səfir əlavə edib. 

Diplomat qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə işğalda olan torpaqlarını azad edib və bu işdə Türkiyə Azərbaycana siyasi dəstək verib.

“Türkiyə Azərbaycanın haqq savaşına dəstək verdi və bu dəstək yenə davam edəcək. Bu gün Azərbaycan-Türkiyə əlaqələri strateji müttəfiqlik səviyyəsindədir”.