Rusiya və Ukrayna arasında danışıqlar yaxın saatlarda başlamayacaq

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Belarusda keçirilməli olan danışıqlar yaxın saatlarda başlamayacaq.

APA-nın xəbərinə görə, bunu Ukrayna prezidentinin köməkçisi Sergey Nikiforov yerli mediaya bildirib.
Nikiforov ləngiməni Ukrayna nümayəndələri üçün logistika və təhlükəsizliklə bağlı problemlərin olması ilə izah edib. Onun sözlərinə görə Qomeldə “qabaqlayıcı heyət” olacaq və o danışıqların gedişatını müəyyən edəcək.

Belarusdakı mənbələr isə Ukrayna nümayəndə heyətinin Polşa vasitəsi ilə gələcəklərini və bazar ertəsi günü danışıqların başlayacağını bildiriblər.