Reznikovla Akar arasında telefon danışığı: Türkiyə yenidən Ukraynaya yardım təklif etdi - FOTO

Ukraynanın müdafiə naziri Aleksey Reznikovla türkiyəli həmkarı Hulusi Akar arasında telefon danışığı baş tutub.
Bu barədə Ukraynanın Müdafiə naziri “Twitter” hesabında yazıb.
“Telefon söhbəti zamanı Ukraynada və bütün dünyadakı cari vəziyyət müzakirə olunub. Hulusi Akar Türkiyənin Ukraynaya humanitar yardım göstərməyə hazır olduğunu təkrarladı. Dəstəyinizə görə təşəkkürlər”, - deyə ukraynalı nazir bildirib.