Rusiyalı tələbələr Avropa universitetlərindən xaric edilir - FOTO

Rusiyada insan haqları üzrə müvəkkili Tatyana Moskalkova elm və ali təhsil naziri Valeri Falkovla müzakirələr zamanı Ukraynadakı vəziyyətlə əlaqədar rusiyalı tələbələrin Avropa universitetlərindən xaric edildiyini açıqlayıb.
“Sherg.az” Russia.RT-ya istinadən xəbər verir ki, T. Moskalkova bu barədə instaqramda paylaşım edib. Onun sözlərinə görə, tərəflər bu mühüm işi birgə həyata keçirməyə”razılaşıblar: "Nazirlik Ukraynadakı vəziyyətə görə Fransa, Çexiya, Belçika və digər Avropa ölkələrinin universitetlərindən qovulan rusiyalı tələbələrin hüquqlarını qorumaq üçün görünməmiş tədbirlər görür".

Tərəflər həmçinin qondarma "Donetsk və Luqansk Xalq Respublikaları"ndan təxliyə edilmiş tələbələrin təhsil hüququnun təmin edilməsi məsələlərini müzakirə ediblər.
Bundan əvvəl Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, Ukrayna ətrafında vəziyyətə reaksiya rusofobiyaya çevrilməməlidir.

Çimnaz Şahlar