Belarus XİN başçısı:"Böhranla bağlı sualların öz həllini tapması mümükün... "

Fevralın 28-də Belarusda Rusiya Dövlət Duması və Ukrayna parlamentinin nümayəndələri danışıqlar aparır.
"Sherg.az" "CNN"ə istinadən xəbər verir ki, Belarusun xarici işlər naziri Vladimir Makey Ukrayna və Rusiya  nümayəndələrinə özlərini tamamilə təhlükəsiz hiss etməli olduqlarını bildirib:
“Əziz dostlar, Belarus prezidenti məndən sizi salamlamağı və Ukrayna prezident V.Zelenski və Rusiya rəhbəri  V.Putinlə razılaşdırıldığı kimi hər şeyin təmin edilməsini xahiş etdi. Burada özünüzü tamamilə təhlükəsiz hiss edə bilərsiniz. Bu, bizim müqəddəs borcumuzdur”.
Nazir bütün təkliflərin dəyərləndiriləcəyini bildirib:
“Prezident Lukaşenko səmimi qəlbdən ümid edir ki, bugünkü danışıqlar zamanı böhranla bağlı sualların öz həllini tapması mümükün olacaq. Bütün belaruslar bunun üçün dua edir. Bugünkü görüşün təşkili ilə bağlı istənilən təklifə baxılacaq və mütləq yerinə yetiriləcək. Nəticələri səbirsizliklə gözləyirik."

Qeyd edək ki, danışıqlar Belarusdadır, lakin elan edilən yeganə yer Belarusun Qomel vilayətində Pripyat çayının sahilində olmasıdır.

Cəmilə ƏZİM