Ukraynadan Moldovaya keçən azərbaycanlıların növbəti qrupu Vətənə yola düşüb - FOTO


Ukraynada yaranmış vəziyyətlə əlaqədar ölkəni tərk edərək Moldovaya keçən azərbaycanlıların növbəti qrupu Vətənə yola düşüb.

“Report”un məlumatın görə, ilk növbədə qadın və uşaqların evakuasiyası üçün şərait yaradılır, bu gün Kişinyovdan daha 72 azərbaycanlı İstanbul aviareysi ilə yollanıblar.

Kişinyovda qalan azərbaycanlılar üçün yerli hökumət tərəfindən qalmaları üçün düşərgə yaradılıb.

Qeyd edək ki, Azərbaycan vətəndaşları Ukrayna ərazisini Moldova, Polşa, Slovakiya, Macarıstan və Rumıniya istiqamətlərində tərk edə bilərlər