Putinin dostuna vaxt verildi! - "Hücumunu pisləmək üçün..."

Putinin dostu, məşhur dirijora 24 saat vaxt verilib
Rusiya prezidenti Vladimir Putinin dostu və tərəfdarı kimi tanınan dünya şöhrətli orkestr dirijoru Valeri Gergievə Putinin hücumunu pisləmək üçün 24 saat vaxt verilib.
“Sherg.az” CNN-ə istinadən xəbər verir ki, məşhur dirijor belə bir bəyanat verməsə, Münhen Filarmoniya Orkestrinin dirijorluğundan qovulacaq. Son günlərdə Gergiev çıxış etməli olduğu bir çox tamaşadan uzaqlaşdırılıb. 

Amma yaxın 24 saat ərzində Putinin aqressiyasını pisləməsə, onu daha peşəkar cəza gözləyir.
Rotterdam Filarmonik Orkestri də Gergiev Putinə dəstəyi dayandırmasa, sentyabrda keçiriləcək festivalın ləğv ediləcəyini açıqlayıb. Həmçinin, Carnegie Hall və Vyana Filarmonik Orkestri  Gergievin əvvəllər planlaşdırılan konsertləri idarə edə bilməyəcəyini bildirib.

Çimnaz Şahlar