Zelenski: “Yaponiya Ukraynaya daha 100 milyon dollar yardım ayırdı” - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın baş naziri Fumio Kisida ilə danışıqlar aparıb.
Bu barədə ölkə başçısı özünün “Twitter” hesabından bildirib.
Onun sözlərinə görə, Yaponiya artıq təsdiqlənmiş 100 milyon dollarlıq yardıma əlavə olaraq daha 100 milyon dollar ayırır.
Dövlət başçısı Tokionun Rusiya Federasiyasına qarşı sərt sanksiyaları tam dəstəklədiyini xatırladaraq, göstərdiyi dəstəyə görə Yaponiya hökumətinə təşəkkür edib. O, həmçinin Ukraynaya kömək üçün həqiqətən effektiv qlobal anti-müharibə koalisiyası yaradıldığını vurğulayıb.