Putin sanksiyalarla bağlı müşavirə keçirib

Rusiya Prezidenti Vladimir Putin iqtisadi məsələlərə dair müşavirə keçirib.
“Report” Kremlin saytına istinadən xəbər verir ki, ölkə hökumətinin sədri və sədrinin müavinləri, Prezident Administrasiyası rəhbərinin birinci müavini, prezidentin köməkçisi, maliyyə naziri, Mərkəzi Bankın sədri, “Sberbank” prezidentinin iştirak etdiyi müşavirədə ABŞ və Avropa İttifaqı tərəfindən tətbiq edilən sanksiyalara daha çox diqqət yetirilib.

14:25
Rusiya Prezidenti Vladimir Putin fevralın 28-də hökumətin, Mərkəzi Bankın və Prezident Administrasiyası nümayəndələrinin iştirakı ilə iqtisadiyyat üzrə müşavirə keçirəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov fevralın 28-də jurnalistlərə məlumat verib.

“Prezident Putin bu gün iqtisadi məsələlərlə məşğul olacaq. İqtisadi reallıq əsaslı şəkildə dəyişib. Ona görə də bu gün dövlət başçısı Baş nazir Mixail Mişustin, Baş nazirin birinci müavini Andrey Belousov, maliyyə naziri Anton Siluanov, Mərkəzi Bankın başçısı Elvira Nabiullina, Əmanət Bankının başçısı German Qref və ola bilsin Prezident Administariyasının başqa nümayəndələri iqtisadi vəziyyəti müzakirə etmək üçün Kremlə dəvət olunub”, - deyə o qeyd edib.