Peskov iqtisadi sanksiyalar barədə: “Gözləyin...”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sanksiyalar qarşısında rusların iqtisadi dəstəyinə ehtiyac olması ilə bağlı sualı cavablandırıb.
“Sherg.az”  TvRain.ru-ya istinadən xəbər verir ki, hələ ki, bir problemlə qarşılaşmadıqlarını bildirib:
“Gözləyin, hələ sizə heç nə olmayıb”.

 Qeyd edək ki, bu gün səhər saatlarında Moskva birjasında avro və dolların məzənnəsi tarixi maksimuma çatıb. Maksimalda dollar 109 rubla, avro 122 rubla qədər bahalaşıb. Rusiya Bankı əsas faiz dərəcəsini 20 faizə qədər təcili artırdığını elan edib.

Rublun ucuzlaşması, Avropa və Amerikanın yeni sanksiyaları və Ukraynada davam edən müharibə fonunda baş verir. Xüsusilə, Avropa İttifaqı bəzi Rusiya banklarının SWIFT sistemindən ayrıldığını və Mərkəzi Bankın aktivlərinin dondurulduğunu açıqlayıb.

Çimnaz Şahlar