NATO-nun və Rusiyanın "təbliğat maşını"  fərqli mövzunu işləyir  - Politoloq

 "Belə bir görüntü yaradırlar ki, guya birinin əsas məqsədi Zelenskini öldürmək, digərinin əsas məqsədi isə Zelenskini xilas etməkdir"

"Zelenskinin şəxsiyyəti üzərindən müharibə görüntüsü yaratmaq  və sanki əsas hədəf Zelenski imiş ab-havası Qərbə də, Rusiyaya da sərf edir".

"Sherg.az"ın xəbərinə görə bu barədə politoloq Araz Aslanlı deyib. 

Ekspert bildirib ki, faktiki olaraq bir dövlət işğala məruz qalıb: 

"Faktiki olaraq bir ölkənin taleyi həll olunur, minlərlə insan ölür, milyonlarla insan acı içindədir. ABŞ başda olmaqla Qərb ilə Rusiya bir ölkə üzərindən, bir region uğrunda nüfuz müharibəsi aparır. Amma belə bir görüntü yaradırlar ki, guya birinin əsas məqsədi Zelenskini öldürmək, digərinin əsas məqsədi isə Zelenskini xilas etməkdir. NATO-nun və Rusiyanın "təbliğat maşını" paralel şəkildə bu mövzunu işləyir. Sosial media üzərindən sadə insanları da əsasən bu mövzuya yönləndirməyə çalışırlar: "Qəhrəman Zelenski" - "Aktyor Zelenski". Təbii ki, sadə insanları qınamaq olmur, onlar mövzuları detallı bilmək məcburiyyətində deyillər. Amma üzücüdür ki, özünə "ekspert", "politoloq" deyən nə qədər insan da bu təbliğatın alətinə çevrilib".