Tansu Çiller siyasətə qayıdır! – Ərdoğana dəstək üçün koalisiya qurulur?

Türkiyənin keçmiş baş naziri Tansu Çiller yenidən siyasətə qayıdır. Keçmiş hökumət rəhbəri Türkiyənin Demokrat, Ədalət və Doğru Yol partiyalarına təklif göndərib.
T.Çiller sözügedən partiyaların sədri olmağı təklif edib. Hər üç partiyanın məsələyə müsbət yanaşmadığı bildirilir.

Politoloq Əhəd Məmmədli Tansu Çillerin siyasi həyata qayıtmasını  “Sherg.az”a şərh edərkən bildirib ki,  köhə siyasətçilərin siyasətə qayıtması o qədər də uğurlu nəticə gətirməyib:

 “Misal olaraq, Rusiyada Mixail Qarboçovun prezident seçkilərinə namizədlik  verməsi çox cuzi səs salmışdı. Bilirsiz, “Evet\Hayır” səsverməsində də Tansu Çiller iqtidarı dəstəkləyib. 

Ola bilsin ki, Ərdoğanla razılaşdırılıb ki, gələcəkdə Tansu Çiller və tərəfdaşları onu dəstəkləyəcək.

 Çünki artıq müxalifət də Ərdoğana qarşı birləşib.

 Buna qarşılıq olaraq, “Ak Parti” də özünə loyal olan qüvvələri səfərbər edir və Türkiyə siyasi səhnəsinə qaytarır ki, 2023-cü ildə baş tutacaq prezident seçkilərində  Ərdoğana dəstək olan koalisiya qursun”.

Politoloqun  fikrincə, bu T. Çiller ilə Ərdoğanın razılaşdırılmış planıdır.