Çavuşoğlu nikbindir!Yaxınlarda  yaxşı xəbər alacağıq, daimi sülh üçün..."

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Fil Dişi Sahilinin Xarici İşlər naziri Kandia Camara ilə görüşüb.

“Sherg.az” Sabah-a istinadən xəbər  verir ki, görüşdən sonra mətbuat konfransı keçirən Çavuşoğlu türklərin Ukraynadan təxliyəsi ilə bağlı prosesi dəyərləndirib. 

Çavuşoğlu bildirib ki, orada qalan türk vətəndaşların təxliyəsi üçün danışıqlar davam edir:

“Ukraynada təxminən 300-350 vətəndaşımız var. Mariupolda 100-ə yaxın vətəndaşımız var. Bizə məlumatı Kanun Sultan Süleyman məscidi dərnəyinin rəhbəri verir. Vətəndaşlarımızın və digər mülki şəxslərin təhlükəsiz çıxışı üçün hər iki tərəfdən kömək istəyirik. Təbii ki, biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Bununla belə, mülki şəxslərlə bağlı danışıqlarımız davam edir.

 Dostlarımız vətəndaşlarımızı yenidən təxliyə etmək üçün çalışırlar. Biz istəyirik ki, Kiyev və Lvovdan iki avtobus getsin.

Onlardan biri Krım tatarlarını daşıyacaq. Biri də Odessadan yola düşəcək. Biz bütün mülki şəxslər üçün əlimizdən gələni edirik. Mariupolda soydaşlarımız üçün şərait formalaşıb. Vətəndaşlarımızın məscidə olan ehtiyacları ödənilir”.

Ankara sözcüsü Rusiyanın xarici işlər naziri Sergey Lavrovun gecə onunla əlaqə saxladığını qeyd edib:

“Lavrov gecə yarısı mənə zəng etdi. Yaxınlarda  yaxşı xəbər alacağıq. Ukraynada daimi sülhün olması üçün əlaqələrimizi fasiləsiz davam etdiririk”.