Paşinyan Gümrüyə getdi - Baş nazirə qarşı aksiya keçirildi

Ermənistanın baş naziri Nikol Paşinyan Gümrü vilayətinə gedib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyanın səfəri fonunda “Razı deyiləm” hərəkatı Gümrüdə etiraz aksiyası təşkil edib. Onlar küçədə “razı deyiləm” yazısı olan lentlə dayanaraq səssiz aksiya keçirib və bununla da Paşinyanın siyasətindən narazı qaldıqlarını bildiriblər.

Aksiyanın keçirildiyi yerə çoxlu sayda polis əməkdaşı cəlb olunub.