Aİ Rusiyaya qarşı yeni tədbirləri nəzərdən keçirəcək

Ukraynada baş verən hadisələr fonunda Rusiyaya qarşı növbəti sanksiyalar müzakirə edilərkən, Avropa İttifaqı (Aİ) bank sektoruna, xüsusən "Sberbank"a qarşı tədbirləri, həmçinin enerji sektorunda məhdudiyyətləri nəzərdən keçirir.

SHerg.az  Trend-ə istinadən xəbər verir ki, bu barədə "Bild am Sonntag" qəzetinə Avropa Komissiysının sədri Ursula fon der Leyen bildirib.

"Biz bank sektoruna, xüsusən də Rusiya bank sektorunun 37%-ni təşkil edən "Sberbank"ı nəzərdən keçirməyə davam edirik", - deyə Ursula fon der Leyen Rusiyaya qarşı altıncı sanksiyalar paketinin əsas bəndlərini şərh edərkən qeyd edib.

Eyni zamanda o əlavə edib ki, əsas məqsəd Rusiya hakimiyyətinin gəlirlərini azaltmaqdır.