Ərdoğan Quterreşlə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Danışıq zamanı regional məsələlər, xüsusilə Qüdsdə baş verən hadisələr və Rusiya-Ukrayna müharibəsi müzakirə olunub.