Rusiya ordusunun daha bir yüksəkrütbəli zabiti öldürülüb

Ukraynada Rusiyanın daha bir yüksəkrütbəli zabiti öldürülüb.
Məlum olub ki, Ukraynada Rusiya silahlı qüvvələrinin 49-cu zenit-raket briqadasının komandiri, Smolensk vilayətindən olan polkovnik Qrişin İvan öldürülüb.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bu gün yaydığı məlumata görə, indiyədək Rusiyanın 20 600 hərbçisi zərərsizləşdirilib.
Mənbə: Unian